Nazir Ermənistana beş maddəlik təklifin məqsədini açıqladı

Nazir Ermənistana beş maddəlik təklifin məqsədini açıqladı

Nazir Ermənistana beş maddəlik təklifin məqsədini açıqladı

"Ermənistana irəli sürülən beş maddəlik təklifin əsas fəlsəfəsi ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsi başa çatandan sonra Prezident İlham Əliyev Azərbaycan dövlətinin bu səhifəni bağlamağa hazır olduğunu bildirmişdi. Belə olan təqdirdə Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyə hazırlığını bəyan etmişdi. Bu mesaj Ermənistana təxminən bir il bundan əvvəl verilmişdi".

Polemika.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov KİV nümayəndələrinə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, bu təklif bir il ərzində bir neçə dəfə gündəmə gətirilib:

"Azərbaycan beynəlxalq münasibətlərin məsuliyyətli üzvüdür. Biz həm ikitərəfli münasibətlərin inkişaf etməsində, həm də daha geniş mənada bölgədə sülh, inkişaf və tərəqqinin təmin edilməsi üçün qonşu ölkələr arasında münasibətlərin qurulmasında maraqlıyıq. İndiki vəziyyət, yəni Azərbaycanla Ermənistan arasında faktiki olaraq münasibətlərin, əlaqələrin olmaması, düşmənçiliyin saxlanması nə Azərbaycan, nə Ermənistan, nə də region üçün fayda gətirən deyil. Bundan irəli gələrək Azərbaycan bu addımı atdı. Bir ilə yaxın müddət ərzində Azərbaycan Ermənistandan heç bir konkret cavab almayıb. Bu məsələdə Azərbaycan tərəfi olaraq növbəti addımı atıb xoş niyyətimizi göstərdik"./Modern.az

Nazir Ermənistana beş maddəlik təklifin məqsədini açıqladı