“Naxçıvanda bərpa adı ilə Nuhun məqbərəsini zavod kərpicindən təkrar tikiblər”

“Naxçıvanda bərpa adı ilə Nuhun məqbərəsini zavod kərpicindən təkrar tikiblər”

“Naxçıvanda bərpa adı ilə Nuhun məqbərəsini zavod kərpicindən təkrar tikiblər”

“Bəzən bizim bərpaçılar dağılmış abidələri ehtiyac olmadan yenidən tikirlər, nə kərpic o kərpic olur, nə daş o daş”.

“Polemika.az” xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib. O, bildirib ki, əgər hər dağılan abidəni tikmək lazım olsaydı, Kolizeyi də, Parfenonu da yenidən tikərdilər:

“Bərpa o binada aparılar ki, orada sınıqlar azdır. Yarıuçuq binanı bərpa etmək olmaz. Bu prinsip mütləq nəzərə alınmalıdır.

Naxçıvanda bərpa adı ilə Nuhun məqbərəsini (Nuh Peyğəmbər türbəsi – A.S.) təkrar tikiblər, özü də zavod kərpicindən. 

Memarlar İttifaqının binasını təmir edəndə mən qapının cəftələrini də çıxarmağa qoymadım. Hər şey insanlardan asılıdır. Biz çox vaxt xoşumuza gəlməyən məsələni dövlətin, məmurların üstünə yıxırıq”.

 

“Naxçıvanda bərpa adı ilə Nuhun məqbərəsini zavod kərpicindən təkrar tikiblər”