NATO xarici işlər nazirləri Qazaxıstandakı vəziyyəti müzakirə etdilər
NATO xarici işlər nazirləri Qazaxıstandakı vəziyyəti müzakirə etdilər
NATO ölkələrinin xarici işlər nazirləri Qazaxıstandakı vəziyyəti müzakirə ediblər.
Polemika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq NATO xarici işlər nazirlərinin videokonfransından sonra baş tutan brifinqdə mlumat verib.
“Biz Qazaxıstandakı vəziyyəti diqqətlə izləyirik. Biz narahatıq və həlak olanlara görə təəssüf edirik. Zorakılığın dayandırılması, eləcə də insan hüquqlarına, o cümlədən ifadə azadlığına və dinc etiraz hüququna hörmət edilməsi vacibdir”, - deyə o, bildirib.