Narkoman sürücü tutuldu: Məhkəmə qərar verdi

Narkoman sürücü tutuldu: Məhkəmə qərar verdi

Narkoman sürücü tutuldu: Məhkəmə qərar verdi

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvar ayının 13-də Gəncə şəhər sakini Səbuhi İsgəndərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Şəmkir rayonu ərazisində yerləşən daimi postda saxlanılıb.

Bu barədə DİN-dən Polemika.az-a verilən məlumatda bildirilib.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 334.1-ci maddələri ilə protokol tərtib olunub.

Fevralın 2-də Kəpəz rayon Məhkəməsinin qərarı ilə sürücü 500 manat məbləğində cərimə edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Narkoman sürücü tutuldu: Məhkəmə qərar verdi