Narazıların nəzərinə: Şikayətlər bu tarixdə qəbul ediləcək

Narazıların nəzərinə: Şikayətlər bu tarixdə qəbul ediləcək

Narazıların nəzərinə: Şikayətlər bu tarixdə qəbul ediləcək

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının nəticələri açıqlanıb.

Polemika.az xəbər verir ki, imtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 24 fevral 2022-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 22-24 fevral tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizə doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Nəzrin Vahid

Narazıların nəzərinə: Şikayətlər bu tarixdə qəbul ediləcək