Məxfi əməliyyat üzə çıxdı - “Facebook” məlumatlarını belə oğurlayırlarmış...

Məxfi əməliyyat üzə çıxdı - “Facebook” məlumatlarını belə oğurlayırlarmış...

Məxfi əməliyyat üzə çıxdı - “Facebook” məlumatlarını belə oğurlayırlarmış...

ABŞ-ın “Vaşinqton Post” qəzeti Çinin öz dövlət qurumlarını, ordusunu və polisini xarici hədəflər haqqında məlumatla təchiz etmək üçün "Facebook" və "Twitter" də daxil olmaqla, bütün sosial şəbəkələrdən dünya üzrə gizli yolla informasiya topladığını iddia edib.

Polemika.az xəbər verir ki, son on ildə Çin tərəfindən hazırlanmış və xüsusilə siyasi cəhətdən həssas məlumatlar üçün istifadə edilən “ictimai rəyin təhlili proqramı” adlı məlumatların müşahidə şəbəkəsi daxilində "Twitter"dən informasiya toplayan 320 min dollar dəyərində dövlət media proqramı da var.

Bu, Çinə xarici jurnalistlər, siyasətçilər və akademiklər haqqında məlumat toplamaq imkanı verir. Eyni şəbəkə Qərb rəsmilərinin Honq-Konq və Tayvanda apardığı danışıqlarını təhlil edən polis tərəfindən istifadə edilən 216.000 dollar dəyərində Pekin polisinin kəşfiyyat proqramına daxildir.

Şərqi Türküstan (Sincan) Uyğur Muxtar Bölgəsindəki bir mərkəzdə isə xaricdə uyğur dilində hazırlanan məzmunlar verilənlər bazasına yazılır.

Bu müşahidə şəbəkələri Pekinin böyük məlumat və süni intellekt vasitəsilə xarici təbliğat səylərini təkmilləşdirmək üçün atdığı addımların yalnız bir hissəsidir. Pekin həm də onun maraqlarına xələl gətirən tendensiyalar üçün real vaxt rejimində xəbərdarlıqlar etmək üçün hazırlanmış sistemlər şəbəkəsi də qurur./Teleqraf

Məxfi əməliyyat üzə çıxdı - “Facebook” məlumatlarını belə oğurlayırlarmış...