Ərdoğan Türkmənistana yola düşdü

Ərdoğan Türkmənistana yola düşdü

Ərdoğan Türkmənistana yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana rəsmi səfəri başlayıb.

Polemika.az "CNN Türk"ə istinadla xəbər verir ki, səfər çərçivəsində o, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovla təkbətək görüş keçirəcək.

Bunun ardınca iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olacaq.

Görüşlərdə Türkiyə ilə Türkmənistan arasında enerji, turizm və ticarət məsələləri başda olmaqla bir sıra məsələlər müzakirə ediləcək.

Danışıqların yekununda ikitərəfli sazişlər imzalanacaq.

Prezident Ərdoğan noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək 15-ci Zirvə toplantısında iştirak edəcək.

Ərdoğan Türkmənistana yola düşdü