"Buna qədər Zəngəzur dəhlizi haqda ancaq danışılırdı, ancaq indi..." - Deputat

"Buna qədər Zəngəzur dəhlizi haqda ancaq danışılırdı, ancaq indi..."

"Buna qədər Zəngəzur dəhlizi haqda ancaq danışılırdı, ancaq indi..." - Deputat

Noyabrın 26-da Soçidə baş tutan ikitərəfli və üçtərəfli görüşlərdədə Rusiya və Azərbaycan arasındaı münasibətlərin səviyyəsi çox yüksək qiymətləndirib. Öz növbəsində, Rusiyanın dövlət başçısı da ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə azərbaycanlı həmkarına təşəkkür edib. 

Soçi görüşündən sonra bir çox rusiyalı ekspert Azərbaycanın qarşısına qoyduğu məqsədə çatdığını düşünür.

“10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli görüşlərdə əldə edilmiş razılaşmalarda praktiki həllini tapmayan bir sıra məsələlər var idi. Son üçtərəfli görüşün məqsədi də bununla əlaqəli idi”.

Bunu Polemika.az-la fikirlərini bölüşən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Siyasi Araşdırmalar İnstitutunun direktoru, Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

Onun sözlərinə görə, Soçi görüşündə 3 məsələnin həlli istiqamətində razılaşma əldə edilib:

“Birincisi, iki dövlətin sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı məsələdir və noyabrın 16-da Ermənistanın həyata keçirdiyi hərbi avantüra bu məsələnin nə qədər aktual olduğunu bir daha təsdiqləyib. Bu ilin sonuna qədər delimitasiya və demarkasiya məsələləsinin tənzimlənməsi və bu istiqamətdə mexanizmlərin yaradılması ilə bağlı razılaşma əldə edilib. Buna qədər bu haqda, ancaq danışılırdı, indi isə artıq razılaşma var”.

E. Nəsirov əlavə edib:

“İkincisi, humanitar xarakterli məsələlərdir ki, bunlar da çox ciddi müzakirələrə səbəb olub. Təbii ki, Ermənistan tərəfi hər dəfə hərbi əsirlər məsələsini qabardır, amma Azərbaycan Prezidenti İlham Əliyev də ötən gün vurğulayıb ki, müharibə bitdikdən sonra 100-dən artıq hərbçi Ermənistana qaytarılıb, yəni Azərbaycanda hərbi əsir yoxdur.

Bu, ilk növbədə etimad mühitinin, qurumlararası birbaşa təmasların yaradılması ilə bağlı məsələlərdir. Bildiyiniz kimi, Müdafiə nazirləri səviyyəsində, artıq birbaşa təmasların yaradılması haqqında razılaşma əldə edilib. İstisna deyil ki, digər qurumlar arasında da birbaşa təmaslar yaradılsın. Bu kontekstdə xalq diplomatiyasının imkanlarıdan istifadə edilsin”.

“Nəhayət, ən mühüm məsələlərdən biri Ermənistan və Azərbaycan arasında kommunikasiyaların blokadadan çıxarılmasıdır. Bu kontekstdə Ermənistan Baş naziri “Zəngəzur dəhlizi” ifadəsini işlətməkdən çəkinir. Nikol Paşinyan hesab edir ki, belə bir ifadə milli maraqlara ziddir və s. Ancaq Soçi görüşündə dəhlizlər məsələsi geniş müzakirə olunub və Rusiya Prezidenti Vladimir Putin də dəfələrlə, məhz “dəhlizlər” ifadəsi işlədib. Bu həm Zəngəzur dəhlizinin aktuallığını, həm də dəhlizləərin işə salınmasında Rusiyanın loyal münasibətinin ifadəsidir”, - deyə millət vəkili vurğulayıb.

Mütəxxəssis Ermənistanın son zamanlar Zəngəzur dəhlizinə alternativ yollar təklif etdiyini də qeyd edib:

“Vladimir Putin də çıxışında qeyd etdi ki, ilk növbədə, dəmiryolu və avtomobil yolları qarşılıqlı şəkildə fəaliyyətini bərpa etməlidir. Bu, Azərbaycanın diplomatik uğurudur.

Üç bu mühüm məsələlər istiqamətində razılaşmalar mövcuddur və artıq bir həftə sonra Moskvada üçtərəfli birgə komissiyanın dəhlizlərlə və nəqliyyat kommunikasiyaların bərpası ilə bağlı növbəti görüş keçiriləcək və bu görüş əslində, Soçi razılaşmalarının praktiki tətbiqi baxımından görüş olacaq”.

Siyəsətçi Soçi bəyannaməsini haqqında son olaraq deyib:

“Hər bir görüşün əhəmiyyəti imzalanmış sənədlə ölçülür. Üç dövlətin siyasi lideri Soçi bəyannəməsinə öz imzasını qoyub və bu sənəd bir daha onu göstərir ki, artıq postmünaqişə dövrünün həllini gözləyən məsələlərin tənzimlənməsi istiqamətində ilkin, real addımlar atılıb. Bu da irəliyə doğru atılmış addım kimi qiymətləndirilməlidir”.

Rafi MÜSLÜMOV

"Buna qədər Zəngəzur dəhlizi haqda ancaq danışılırdı, ancaq indi..." - Deputat