Məxfi sənəd mətbuata sızdı - “Ukrayna Rusiyaya qarşı hazırlaşdırılıb”

Məxfi sənəd mətbuata sızdı - “Ukrayna Rusiyaya qarşı hazırlaşdırılıb”

Məxfi sənəd mətbuata sızdı - “Ukrayna Rusiyaya qarşı hazırlaşdırılıb”

ABŞ Ukraynanı şəhər müharibələrinə hazırlaşdırıb.

Polemika.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Qəzet bunu məxfi sənədlərə istinadən yazdığını iddia edib. Sözügedən sənəddə ABŞ Müdafiə Nazirliyinin uzun müddətdir Kiyevə göndərdiyi hərbi texnikaların siyahısı yer alıb.

Məlumata görə, Pentaqon son bir ildə Ukraynanı bir sıra avadanlıq və patrul katerləri ilə təmin edib. Amma siyahıda ən diqqətçəkən detal ötən ilin dekabrından bəri göndərilən silahlardır. ABŞ-ın dekabr ayından bu yana göndərdiyi hərbi yardımlar arasında zenit raketləri və çox sayda döyüş avtomatları var.

Nəşrin iddiasına görə, müharibə yaxınlaşdıqca ABŞ Ukraynanı Rusiya təyyarələrini və tanklarını vurmaq üçün silahlandırıb və şəhər döyüşlərinə hazırlaşdırıb. Ağ Evin Ukraynaya ilk dəfə “Stinger” hava hücumundan müdafiə sistemləri ilə yanaşı, “Javelin” raketləri göndərdiyi bildirilib. Qəzetə açıqlama verən rəsmilər ABŞ-ın müharibənin küçə toqquşmalarına çevriləcəyini proqnozlaşdıraraq belə bir addım atdığını deyiblər. Pentaqon rəsmisi söyləyib ki, ABŞ ötən il Ukraynaya 1 milyard dollardan çox hərbi yardım göndərib.Teleqraf

Məxfi sənəd mətbuata sızdı - “Ukrayna Rusiyaya qarşı hazırlaşdırılıb”