Məşhur müğənni təyyarə qəzasında öldü

Məşhur müğənni təyyarə qəzasında öldü

Məşhur müğənni təyyarə qəzasında öldü

Məşhur braziliyalı müğənni təyyarə qəzasının qurbanı olub. Ölənlər arasında müğənninin bibisi, prodüseri və iki pilotu da var.

Polemika.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Müğənni Marilia Mendonsanın ölümüylə nəticələnən hadisə Minas Gerais ştatında baş verib. Təyyarə kənd ərazisinə düşüb.

Müğənninin ailə nümayəndələri Globonews TV-yə beş nəfərin ölümünü təsdiqləyiblər: müğənni, bibisi, prodüser və iki pilot.

Qeyd edək ki, Mendonsanın 26 yaşı var idi və o 2019-cu ildə "Grammy Latino" mükafatının laureatı olmuşdu. 

Məşhur müğənni təyyarə qəzasında öldü