Məşhur görücülərin 2021 proqnozları: nələr doğruldu?

Məşhur görücülərin 2021 proqnozları: nələr doğruldu?

Məşhur görücülərin 2021 proqnozları: nələr doğruldu?

2021-ci ilin yekunlaşmasına sayılı günlər qalıb. Ötən ilin sonunda məşhur görücülərin bu il üçün bir sıra təxminləri açıqlanmışdı. Eyni zamanda dövrümüzün öngörücüləri də proqnozlar səsləndirmişdilər.

Maraqlıdır, bəs bu proqnozlardan hansılar özünü doğrultdu? “Polemika.az” Axar.az-a istinadən 2021-ci il üçün proqnozları təqdim edir:

Dünyaca məşhur görücü Vanqanın 2021-ci il il proqnozu Rusiya üçün ürəkaçan deyildi. Vanqa bu il Rusiyanın demoqrafik itkilərlə üzləşəcəyi, eyni zamanda, ona qarşı çıxan ölkələrin sayının çoxalacağını bildirmişdi. Dünyayla bağlı isə qeyd edilmişdi ki, bu il kağız əsginaslar yoxa çıxacaq və tibb sahəsində yüksəlişlər qeydə alınacaq.

Rusiyada doğum sayı azalmaqda davam edir, bu ölkəyə qarşı çıxanlar da çoxalır. Ancaq tibbdə inkişaf və əsginasların yoxa çıxmasından danışmaq tezdir. Baxmayaraq ki, bu istiqamətdə müəyyən addımlar var.

“Görücülərin ağsaqqalı” sayılan Nostradamusun proqnozuna görə, bu il insanları zombilərə bənzər canlılara çevirən bioloji silah virusu yaradılacaqdı. Həmçinin, asteroidin Yerə düşəcəyi və həmin gün bütün səmanın parlaq qırmızıya dönəcəyi qeyd edilmişdi. Nostradamus proqnozlarında bu il dünyanın aclıq və müharibə ilə üzləşəcəyini, maqnit fırtınalarının sayının artacağını və bu fırtınaların yaratdığı fəsadların iqlim dəyişikliyinə səbəb olub resurslar uğrunda müharibə yaradacağını təxmin etmişdi.

Bu proqnozlar tam mənasında gerçəkləşmədi.

Tanınmış azərbaycanlı ekstransens Zirəddin Rzayevin də 2021-ci illə bağlı proqnozları doğru çıxmadı. O, bu il dünyanı bir çox bəlaların gözlədiyini demişdi. Hətta 2021-ci ilin ötən ildən də pis keçəcəyini və "müharibə ili” kimi yadda qalacağını bildirmişdi.

Azərbaycanlı astroloq Səbuhi Rəhimli 2021-ci ildə Azərbaycanda məmurların böyük bir hissəsinin yeni kadrlarla əvəzlənəcəyini proqnozlaşdırmışdı. O, kiçik anti-terror əməliyyatlarını nəzərə almasaq, Qarabağda müharibə, 2021-ci ilin payızına qədər dünyada böyük hərbi qarşıdurmalar olmayacağını və konfliktlərin təhdiddən o yana keçməyəcəyini, Rusiyanın son 8 ilin ən ağır dönəmini yaşayacağını, Vladimir Putinin hakimiyyətini qorumasının çətin olacağını, dünyada yeni güc mərkəzlərinin yaranacağını, klassik siyasi ənənələri rədd edən yeni liderlər meydana gələcəyini və Şimali Qafqazda, İranda, Hind okeanı sahillərindəki ölkələrdə etnik münaqişələrin kəskinləşəcəyi proqnozunu vermişdi.

Müharibə proqnozu istisna olmaqla, S.Rəhimlinin də öngörüləri təsdiqlənmədi.

 

Məşhur görücülərin 2021 proqnozları: nələr doğruldu?