“Mən buradayam, heç birimiz silahları yerə qoymayacağıq” – Zelenski video paylaşdı 

“Mən buradayam, heç birimiz silahları yerə qoymayacağıq” – Zelenski video paylaşdı 

“Mən buradayam, heç birimiz silahları yerə qoymayacağıq” – Zelenski video paylaşdı 

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna Rusiyanın təcavüzlərinə qarşı müdafiəni dayandırmayacaq. Bununla bağlı o, həmvətənlərini saxta təbliğatlara inanmamağa çağırıb.

Polemika.az "Ukrinform"a istinadla xəbər verir ki, bu barədə dövlət başçısının bu gün səhər "Telegram" kanalında yaydığı yeni videomüraciətində deyib. O, çəkdiyi videonu Kiyevdəki Prezident ofisinin qarşısında lentə alıb:

"Sabahınız xeyir, ukraynalılar. İndi internetdə çoxlu saxta məlumatlar peyda olub, guya mən ordumuzu silahı yerə qoymağa çağırıram və evakuasiya gedir. 

Deməli, belə. Mən buradayam, heç birimiz silahları yerə qoymayacağıq. Biz dövlətimizi müdafiə edəcəyik, bura bizim torpağımızdır, ölkəmizdir və övladlarımızındır. Biz isə bütün bunları qoruyacağıq", - deyə dövlət başçısı əmin edib.

Həmin görüntüləri təqdim edirik:

“Mən buradayam, heç birimiz silahları yerə qoymayacağıq” – Zelenski video paylaşdı