Zelenski və ailəsi ABŞ-a köçürülə bilər - "Washington Post"un iddiası

Zelenski və ailəsi ABŞ-a köçürülə bilər -  "Washington Post"un iddiası

Zelenski və ailəsi ABŞ-a köçürülə bilər - "Washington Post"un iddiası

ABŞ hökuməti Ukrayna prezidenti Vladimir Zelenskiyə Kiyevi tərk etməyə kömək etməyə hazırdır.

Polemika.az "Washington Post"a istinadla xəbər verir ki, bu barədə ABŞ rəsmisi məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ rəsmiləri son günlər Ukrayna prezidenti ilə müxtəlif təhlükəsizlik məsələlərini, o cümlədən Zelenski üçün hansı yerlərin daha təhlükəsiz ola biləcəyini müzakirə ediblər.

"Washington Post"un iddiasına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns yanvar ayında Ukraynaya uçub və Ukrayna lideri ilə görüş zamanı onun və ya ailəsinin təhlükədə olub-olmadığını soruşub. Börns özü onunla konkret məlumat paylaşmayıb, lakin Zelenskinin şəxsi təhlükəsizliyinə ciddi yanaşmalı olduğunu xəbərdar edib.

Fevralın 21-də, hətta Rusiyanın Ukraynada hərbi əməliyyatı başlamazdan əvvəl, NBC-nin müxbiri Riçard Engel öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ Ukrayna hökuməti ilə ölkədə gərginlik yaranacağı təqdirdə Zelenskinin mümkün gedişini müzakirə edib. Lakin Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın daha sonra dediyi kimi, Zelenski vəziyyətin gərginləşəcəyi təqdirdə ölkəni tərk etmək fikrində deyil. "Prezident hər zaman Ukrayna xalqının yanında olacaq".

 

Zelenski və ailəsi ABŞ-a köçürülə bilər - "Washington Post"un iddiası