"Məktəblər çətin tərbiyə olunan uşaqların koloniyası deyil"

"Məktəblər çətin tərbiyə olunan uşaqların koloniyası deyil"

"Məktəblər çətin tərbiyə olunan uşaqların koloniyası deyil"

"Etiraf edək ki, bu gün sosial şəbəkələrdə hansısa məktəblərdə baş verən şagird özbaşınalıqları əvvəllər də olub. Az olub, amma olub. Xüsusilə 90-cı illlərin axırlarından bu tendensiya xeyli artdı. Dəcəllik ayrı idi, tərbiyəsizlik isə tam ayrı. İndi dəcəllik, şuluqluq arxa plana keçib. Tərbiyə, mənəviyyat məsələsində böyük boşluq ön plana keçib".

Bu fikirləri Polemika.az-a açıqlamasında Milli Fikir və İnkişaf Mərkəzinin rəhbəri, araşdırmaçı-jurnalist Anar Turan bildirib. 

Jurnalist daha sonra qeyd edib:

"Müəllimin gözü qarşısında bu qudurğan hərəkətləri etmək bizim məktəb illərimizdə ən ərköyün uşağın belə ağlına gəlməzdi. Hətta ən yumşaq müəllimə qarşı da buna cəsarət etməzdilər. Tələbə həyatında da həmçinin. Müəllim olmayanda edilənlər isə o zaman sosial şəbəkələr yox idi deyə çox yayılmırdı və şəhərin bu başında baş verən hər hansı özbaşınalıqdan şəhərin digər tərəfində heç kəsin xəbəri olmurdu. İctimailəşmə indiki qədər sürətli deyildi. Lakin son bir neçə ayda təhsil məsələsində özbaşınalıqlar xüsusi gündəmə gətirilməkdədir. Elə bil bu şagird tipləri 3- 5 il əvvəl yox idi, belə şeylər etmirdilər. Sadəcə kimlərsə Azərbaycanda təhsilin tamamilə gözdən düşməsində, bu sahənin islahatlara ehtiyacı olan sahə kimi daha çox "vurulması"nda maraqlıdırlar.  

Paradoksal vəziyyət yaranıb. Müəllim uşağa azacıq şiddət göstərir, dərhal qınanılır, pedaqoji keyfiyyət məsələsinin yoxluğu gündəmə gətirilir, uşaqlar müəllimin gözü qarşısında partalarda gəzir, müəllimə töhmət verilir və yenə də pedaqoji bacarıqsızlıq gündəmə gətirilir. Lakin heç kəs təklif etmir ki, uşaqların valideyinləri ilə ciddi danışılsın, onlara uşaqlarını tərbiyə etmələrində daha ciddi, barışmaz olmaqları qəti şəkildə bildirilsin. Əlbəttə, pedaqoji keyfiyyət vacibdir. Bir sıra müəllimlərdə bu həqiqətən aşağı səviyyədədir. Lakin gəlin qəbul edək ki, məktəblər çətin tərbiyə olunan uşaqların koloniyası deyil". 

"Məktəblər çətin tərbiyə olunan uşaqların koloniyası deyil"