Məktəbdə qətl: 40 yaşlı qadın bıçaqlanaraq öldürüldü

Məktəbdə qətl: 40 yaşlı qadın bıçaqlanaraq öldürüldü

Məktəbdə qətl: 40 yaşlı qadın bıçaqlanaraq öldürüldü

İsmayıllı rayonunda qətl hadisəsi baş verib.

Polemika.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Basqal kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin gözətçisi vəzifəsində çalışan kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu aralarında baş verən dava zamanı məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayıb. Ağır bədən xəsarətləri alan Gülarə Qəhrəmanova çoxlu qan itirdiyi üçün hadisə yerində keçinib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Məlumata görə, Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var. Qətli törədən Bəxtiyar Əhmədli subaydır. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Məktəbdə qətl: 40 yaşlı qadın bıçaqlanaraq öldürüldü