Arutyunyanın Moskva səfəri: "Qarabağa dair siyasi qərar verə biləcək durumda deyil"

Arutyunyanın Moskva səfəri: "Qarabağa dair siyasi qərar verə biləcək durumda deyil"

Arutyunyanın Moskva səfəri: "Qarabağa dair siyasi qərar verə biləcək durumda deyil"

Separatçı rejimin başçısı Arayik Arutyunyanın Moskvaya səfəri 2 gündür ki, bir sıra mülahizələrə səbəb olub.

Polemika.az-a danışan siyasi şərhçi Naiq Mirinin bu səfərə dair öz fikirləri var:

“Brincisi, Rusiya prezidenti Vladimir Putinin dediyi kimi, Qarabağda status-kvo davam etdiyi separatçı rejim yeganə idarəetmə formasıdır və buna Arayik Arutyunyan başçılıq edir. Bu reallıqdırsa, Rusiya bunu qəbul etmiş durumdadır. Ona görə də, Arutyunyan çox rahatlıqla, istədiyi zaman Moskvaya gedə bilir. Bu, məsələnin birinci tərəfi. 

Məsələnin ikinci tərəfi, separatçı rejimin içərisində də müxtəlif maraqlara xidmət edən qruplar var və çox ciddi siyasi rəqabəti mövcuddur. Bu baxımdan Arayik Arutyunyanın hakimiyyətdə qalıb-qalmaması məsələsi də bu gün müzakirə predmetlərindən biridir”.

N. Miri əlavə edib:

“Üçüncü məsələ, bu gün Qarabağdakı sosial-iqtisadi durum acınacaqlıdır və bu yöndə zaman-zaman Rusiya müəyyən mənada, qismən də olsa, əhaliyə sosial yönümlü yardımlar edir. Arayik Arutyunyanın Moskvaya səfərlərindən biri də Moskvadakı erməni iş adamlarının müəyyən mənada dəstəyini qazanmaaq və əlbəttə ki, bir də Rusiyanın müəyyən mənada separatçı rejimə və oradakı erməni əhaliyə yardımını çoxaltmaqdan ibarətdir”.

“Mənə elə gəlir ki, əsas məqsədlər budur, çünki Arayik Arutyunyanın Qarabağla bağlı siyasi qərar verə biləcək durumunda olmadığını həm Rusiya, həm Azərbaycan, həm də Ermənistan bilir. Ona görə də, separatçı rejimin “hakimiyyəti” Qarabağda mövcud olduqca, onun nəzarətində olan qanunsuz silahlı qruplar bölgədə qaldıqca Arayik Arutyunyan hər zaman çox rahatlıqla Moskvaya səfər edə biləcək”, - deyə politoloq yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

 

Arutyunyanın Moskva səfəri: "Qarabağa dair siyasi qərar verə biləcək durumda deyil"