"Məktəb ləvazimatı"nda pirotexnika açkarlandı

"Məktəb ləvazimatı"nda pirotexnika açkarlandı

"Məktəb ləvazimatı"nda pirotexnika açkarlandı

Zaqatalada pirotexniki vasitələr satan şəxs saxlanılıb.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, “Bazar” adlanan ərazidə məktəb ləvazimatları mağazasında pirotexniki vasitələrin gizli şəkildə satılması barədə polisə məlumat daxil olub.

Obyektə keçirilən baxış zamanı oradan külli miqdarda pirotexniki vasitələr aşkarlanaraq götürülüb. Mağazanı işlədən Aqşin Əsədov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi (İstehsalı və ya satılması qadağan olunan malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi) ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

"Məktəb ləvazimatı"nda pirotexnika açkarlandı