Məhəmməd Muradlı Azərbaycan çempionu oldu

Məhəmməd Muradlı Azərbaycan çempionu oldu

Məhəmməd Muradlı Azərbaycan çempionu oldu

Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.

Polemika.az xəbər verir ki, üçüncü yer uğrunda görüşün ikinci oyununda Vasif Durarbəyli Aydın Süleymanlı üzərində ikinci qələbəsini qazanıb və Azərbaycan Çempionatının bürünc mükafatçısı olub. Aydın Süleymanlı 4-cü yeri tutub.

Finalın ikinci oyununda da qələbə qazanan Məhəmməd Muradlı Azərbaycan çempionatının qalibi adını qazandı. Misrətdin İsgəndərov gümüş medalla kifayətləndi.

Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 22 min manat təşkil edir. Çempion 8 min manat qazandı.

Mehri QURBAN

Məhəmməd Muradlı Azərbaycan çempionu oldu