Müxalif siyasətçi Paşinyana: "Ağlın varmı?"

Müxalif siyasətçi Paşinyana: "Ağlın varmı?"

Müxalif siyasətçi Paşinyana: "Ağlın varmı?"

“Paşinyan növbəti dəfə yalan danışır və deyir ki, guya Ermənistan ordusu Zəngəzur sərhədindən geri çəkilməsəydi, yeni müharibə başlaya bilərdi”.

Polemika.az “Yerkir”ə istinadla xəbər verir ki, bu sözləri Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan deyib.

O, ilk növbədə, qoşunların çıxarılması barədə əmrin əsaslandırılmasını şübhə altına alan bir neçə halı qeyd edib.

Aşotyanın fikrincə, əgər müharibə dayansaydı, erməni tərəfindən qoşunlarını çıxarmaq tələb olunmazdı, bu isə o deməkdir ki, yeni müharibə başlaya bilməzdi:

“İkincisi, dekabrın 17-də xəyanətkar sənədin imzalanmasından təxminən 40 gün sonra Nikol deyir ki, əgər qoşunlar çəkilməsəydi, müharibə olacaqdı. O zaman gəlin, xatırlayaq ki, Rusiya atəşkəs rejiminin dayandırılmasının hər zaman qarantı olub. Paşinyan bizi 40 gün sonra müharibə ilə qorxutmuşdu ki, noyabrın 9-da Rusiyanın zəmanəti ilə yalnız atəşkəs olub”.

Siyasətçinin fikrincə, Gorus-Qafan dövlətlərarası yolunun geri çəkilməsi, qoşunların çıxarılması ilə bağlı konkret tələbin olmaması, real yeni müharibə riskinin olmadığı bir şəraitdə konkret nəticələrə zəmin yaradır:

“Gorus-Qafan yolunu əsas gətirib niyə bu qədər geri çəkildiniz? Axı sən bir prosesi həyata keçirdirsənsə və vətənini bir az da sevirsənsə, necə deyə bilərsən ki, mən qoşunları geri çəkirəm? Gorus-Qafan yolunda 5 km-lik bufer zonasıverirəm, delimitasiya və demarkasiya, həmçinin, digər məsələlər həll olunana qədər sizə şərait yaradıram və s. Ağlın varmı? Nəticə birdir: Nikol bizi yenidən aldadır, çünki o cəzasız qalıb”.

Müxalif siyasətçi Paşinyana: "Ağlın varmı?"