Musa Qurbanlı ilə bağlı yeni iddia - "Beşiktaş"a keçir?

Musa Qurbanlı ilə bağlı yeni iddia

Musa Qurbanlı ilə bağlı yeni iddia - "Beşiktaş"a keçir?

“Beşiktaş”ın baş məşqçisi Önder Karaveli Antalyada “Qarabağ”ın hücumçusu Musa Qurbanlı ilə görüşüb.

Polemika.az xəbər verir ki, bu barədə Türkiyənin “Fotospor” qəzeti məlumat yayıb. 

Bir müddət öncə Türkiyə mediasında “Beşiktaş”ın Musa ilə maraqlandığına dair xəbərlər dərc edilib. “Qarabağ”ın mətbuat xidməti onlara bu haqda nə rəsmi, nə də qeyri-rəsmi müraciətin daxil olduğunu bildirib.

Dünən “Beşiktaş”ın baş məşqçisi Önder Karaveli ilə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov arasında Antalyada görüş olub. Görüşlə bağlı şəkli Önder Karaveli özünün İnstaqram səhifəsində paylaşıb. Lakin onların söhbəti barədə məlumat yoxdur.

Önder Karaveli 2020-ci ildə “Qarabağ”ın uşaq futbol akademiyasında çalışıb. 

“Fotospor” qəzeti isə yazıb ki, Önder Karaveli Musa Qurbanlı ilə də görüşüb. Məlumata görə, Karavelinin təlimatı ilə “Beşiktaş”ın skaut heyəti “Marsel”lə (Fransa) Konfrans Liqasının 1/16 final matçında Musanın oyununu izləyəcək.

Bununla belə, qeyd edilməlidir ki, Azərbaycan Premyer Liqasından fərqli olaraq, Konfrans Liqasında M.Qurbanlı nadir hallarda meydanda olub. Onun “Marsel”lə matçlarda iştirakı ehtimalı yüksək deyil. (qol.az)

Musa Qurbanlı ilə bağlı yeni iddia - "Beşiktaş"a keçir?