"Müğənni kimdir ki, şəhid ailəsinin qarnını doydurur..." - Söz davası

"Müğənni kimdir ki, şəhid ailəsinin qarnını doydurur..." - Söz davası

"Müğənni kimdir ki, şəhid ailəsinin qarnını doydurur..." - Söz davası

Əməkdar artist Elza Seyidcahanla prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) arasında mübahisə yaranıb.

Polemika.az xəbər verir ki, “Tarixin bir günü” verilişinin qonağı olan Seyidcahan şəhid ailələri barədə danışıb.

Canlı yayımda Əməkdar artistin “Bu gün hər birimizin məclisində ən azı 4-5 şəhid ailəsi iştirak edib, o süfrədən dadmalıdırlar” sözlərinə aparıcı Tolik etiraz edib.

T. Əliyev sənətçiyə sərt şəkildə cavab verib:

“Şəhid ailələrinə dövlətimiz kifayət qədər qayğı göstərir. Şəhid ailələrinin heç bir müğənninin köməyinə ehtiyacı yoxdur. Müğənni kimdir ki, şəhid ailəsinin qarnını doydursun? Müğənni getsin toyunu oxusun. Əgər gedib şəhid ailəsinin toyunda oxuyursa, çox sağ olsun”.

"Müğənni kimdir ki, şəhid ailəsinin qarnını doydurur..." - Söz davası