Mirşahin Ağayev üzr istədi

Mirşahin Ağayev üzr istədi

Mirşahin Ağayev üzr istədi

“Bu gün Real TV-nin xəbər lentində müxbir və titr redaktorunun diqqətsizliyi səbəbindən səhvə yol verilib. Belə ki altbaşlıqda “Rusiyanın Ukraynaya müdaxiləsindən 12 gün ötür” yerinə yanlış olaraq “Ukraynanın Rusiyaya hərbi müdaxiləsindən 12 gün ötür” cümləsi efirə gedib. Səhlənkarlıq və məsuliyyətsizliyə yol verməklə kanalın imicinə və tutduğumuz balanslı mövqeyə xələl yetirmiş əməkdaşlar cəzalandırılıb”.

Polemika.az xəbər verir ki, bu barədə Real Təhlil İnformasiya mərkəzinin direktoru Mirşahin Ağayev məlumat verib.

O bildirib ki, səhv aradan qaldırılıb: “Yol verdiyimiz ciddi səhvə görə bütün tamaşaçılarımızdan, ilk növbədə Ukrayna Xalqından üzr istəyirəm! Bir daha bildirirəm ki, səhv qısa zamanda aradan qaldırılıb”.

Mirşahin Ağayev üzr istədi