Mingəçevirdə müəmmalı hadisə baş verdi - Video

Mingəçevirdə müəmmalı hadisə baş verdi - Video

Mingəçevirdə müəmmalı hadisə baş verdi - Video

Oğrunun arxasınca qaçan gözətçi hündürlükdən yıxılaraq ağır yaralanıb. 

Polemika.az xəbər verir ki, hadisə Mingəçevir şəhərində qeydə alınıb.

Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin gözətçisi Elsevər Rəcəbli çalışdığı təhsil ocağının qonşuluğunda yerləşən ticarət mərkəzinin damında səs eşidib. Gözətçi oradan oğurluq edildiyini düşünərək, həmin hissəyə qaçıb. Bu zaman dam örtüyü sınıb və o, hündürlükdən yıxılaraq ağır xəsarət alıb. 

Liseyin müdir müavini Eldar Şükürov xəsarət alan şəxsin uzun illərdir gözətçi işlədiyini deyib. Hadisənin də gözətçinin öz iddiasına görə, oğrunu tutmaq istəyərkən baş verdiyini bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

Mingəçevirdə müəmmalı hadisə baş verdi - Video