Milli parklarda “açıq qapı” günü keçiriləcək

Milli parklarda “açıq qapı” günü keçiriləcək

Milli parklarda “açıq qapı” günü keçiriləcək

“Ümumdünya Vəhşi Təbiət Günü” ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək.

Polemika.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, ictimaiyyəti vəhşi təbiətin mühafizəsinə cəlb etmək, fauna və flora növlərinin müxtəliflliyi barədə məlumatlandırmaq və təbiətə qayğı göstərməyə səsləmək məqsədilə  “Ümumdünya Vəhşi Təbiət Günü” 2013-cü ildən bütün dünyada qeyd edilir:

“Hər il müxtəlif adlar altında qeyd olunan “Ümumdünya Vəhşi Təbiət Günü” bu il “Ekosistemlərin bərpası üçün əsas növlərin bərpası” başlığı altında keçirilir”.

Xidmət rəsmisi bu əlamətdar günü təbiət qoynunda keçirmək istəyən hər kəsi Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşən, zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik olan milli parklarımıza səyahət etməyə dəvət edib.

Milli parklarda “açıq qapı” günü keçiriləcək