"Bu, UEFA, FİFA-nın deyil, Rusiyanın problemidir" - Tanınmış idman yazarı

"Bu, UEFA, FİFA-nın deyil, Rusiyanın problemidir" - Tanınmış idman yazarı

"Bu, UEFA, FİFA-nın deyil, Rusiyanın problemidir" - Tanınmış idman yazarı

“FİFA və UEFA-nın nizamnaməsində işğal faktına görə ölkələrin oyunlardan çıxarılması faktı heç vaxt olmayıb. Ermənistan Azərbaycan torpaqlarını işğal etdi, lakin bənzər sanksiyalar onlara qarşı tətbiq edilmədi”.  

Bu sözləri Polemika.az-a açıqlamasında idman yazarı Aydın Bağırov söyləyib.

O, Rusiyanın işğal cəhdi davam edənə qədər bu sanksiyaların tətbiq edilməli olduğunu bildirib:

“Yalnız FİFA yox? bütün idman federasiyaları, basketbol və digər idman növlərində də Rusiya komandalarına qarşı sanksiyalar tətbiq olunur. Mən bu prosesi çox anlayışla və hörmətlə qarşılayıram.

Bu gün bütün dünya birliyi Rusiyanın Ukraynanı işğal etməsinə görə haqlı olaraq birləşiblər. Hər kəs əlindən gələni edir. Beynəlxalq təşkilatlar da Rusiyaya qarşı sanksiyalar tətbiq edir. İdman və futbol qurumlarının bu sanksiyalardan kənarda qalması doğru olmaz. Çünki  Rusiya Avropanın böyük, əhəmiyyətli bir hissəsi olan ölkənin işğalına cəhd edir.

Necə ola bilər ki, Rusiya həm Avropanın böyük bir ölkəsini işğal etsin, həm də Avropa yarışlarında oynasın? Bu heç bir məntiqə sığmır. İşğal cəhdi davam edən müddətə qədər bu sanksiyalar olmalıdır.

Məsələ idman və qeyri-idman tərəflərinə bölünməməlidir. Sanksiyalar doğrudur. Rusiya tərəfində də bu müharibədə günahı olmayan insanlar var. Futbolçular, idmançılar, azarkeşlər də bura daxildir. Lakin nəzərə almalıyıq ki, Ukrayna tərəfində hər gün günahsız yerə onlarla insan öldürülür, evsiz-eşiksiz, yeməksiz qalır. Vəziyyətləri çox acınacaqlıdır. Bu səbəbdən sanksiyaları haqlı sayıram.

Bu, UEFA, FİFA və ya digər idman qurumlarının deyil, bir dövlət kimi Rusiyanın problemidir. Rusiya işğal faktına son qoyub, Ukrayna ərazisindən çıxandan sonra UEFA və FİFA qərarlarını ləğv edəcək”.

Mehri QURBAN

"Bu, UEFA, FİFA-nın deyil, Rusiyanın problemidir" - Tanınmış idman yazarı