Melitopolda yaşayan azərbaycanlı: "Ruslar şəhərə girəndən aclıqdır"

Melitopolda yaşayan azərbaycanlı: "Ruslar şəhərə girəndən aclıqdır"

Melitopolda yaşayan azərbaycanlı: "Ruslar şəhərə girəndən aclıqdır"

“Melitopol şəhərində vəziyyət çox pisdir”.

Bunu Polemika.az-a Zaporojye vilayətinin Melitopol şəhərində yaşayan soydaşımız Surac Əskərov bildirib.

Onun sözlərinə görə, şəhərə nə giriş, nə də çıxış var:

"Döyüşlər üç gündür ətraf bölgələrdə dayanmadan gedir. Şəhərini ələ keçirəndən sonra Melitopola rus hərbçiləri yeridilib. Tank, PDM... Aradabir partlayışlar olur.

Hazırda döyüşlər vilayətin mərkəzi olan Zaporojye uğrunda gedir. Çox pis vəziyyətdəyik. Açıq desək, aclıqdır. Çörək almaq üçün 3-4 saat növbədə durursan. İndi azca pul var, bəs sonra? 

Ruslar anidən bizim şəhərə girdilər. Heç gözləmirdik. Burada azərbaycanlı ailələr çoxdur. Biz, kişilər özümüzə görə narahat deyilik, ailələrimizə görə təlaş keçiririk. Səfirliklə də əlaqəmiz yoxdur”.

Rafi MÜSLÜMOV

Melitopolda yaşayan azərbaycanlı: "Ruslar şəhərə girəndən aclıqdır"