"Marsel" "Qarabağ"la oyun üçün iştirak ərizəsini açıqladı

"Marsel" "Qarabağ"la oyun üçün iştirak ərizəsini açıqladı

"Marsel" "Qarabağ"la oyun üçün iştirak ərizəsini açıqladı

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel" Ağdam təmsilçisi ilə Bakıda keçirəcəyi cavab oyunu üçün iştirak ərizəsini açıqlayıb.

Polemika.az xəbər verir ki, bu barədə Fransa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Siyahıda 22 oyunçunun adını daxil edib.

Sözügedən oyunçular bunlardır: 

Qapıçılar: Stiv Mandanda, Pau Lopez, Simon Nqapandutenbu

Müdafiəçilər: Pol Lirola, Siid Kolaşinaç, Leonardo Balerdi, Alvaro Qonzales, Uillam Saliba, Luan Peres, Duye Saleta-Kar

Yarımmüdafiəçilər: Jerson, Pape Qeye, Matteo Genduzi, Bubakar Kamara, Valentin Roncier

Hücumçular: Sedrik Bakambu, Arkadius Milik, Dimitri Payet, Bamba Dienq, Konrad de la Fuente, Cengiz Ünder, Amin Harit

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

"Marsel" "Qarabağ"la oyun üçün iştirak ərizəsini açıqladı