Makron fransızları hədələdi: "Gününüzü qara edəcəm"

Makron fransızları hədələdi: "Gününüzü qara edəcəm"

Makron fransızları hədələdi: "Gününüzü qara edəcəm"

Fransa prezidenti Emmanuel Makron ölkənin peyvənd olunmamış sakinlərinin həyatını çətinləşdirmək niyyətində olduğu barədə xəbərdarlıq edib.

Polemika.az BBC-yə istinadla xəbər verir ki, Fransanın “Le Parisien” qəzetinə müsahibəsində Makron deyib:

“Mən həqiqətən onlara problem yaratmaq istəyirəm və biz bunu sona qədər davam etdirəcəyik”.

Eyni zamanda, siyasi opponentlər prezidentin müsahibədə işlətdiyi sərt ifadələrin dövlət başçısına yaraşmaz olduğunu bildiriblər.

Fransa prezidenti bu açıqlamanı koronavirus qanun layihəsinin hökumətə qarşı mitinq keçirən müxalifət parlamentariləri tərəfindən rəfə alması ilə əlaqədar edib.

Peyvənd olunmamış şəxslərin ictimai həyatda iştirakını qadağan edən qanun layihəsinin parlamentdə müzakirəsi təxirə salınıb.

Bu həftə səsvermədə təsdiqlənəcəyi gözlənilirdi, lakin planlaşdırılan dəyişikliklər peyvənd əleyhdarları arasında qəzəb doğurdu və bir neçə fransız parlamentari bu məsələ ilə bağlı ölüm təhdidləri aldıqlarını söyləyib.

“Le Parisien” qəzetinə verdiyi müsahibədə Makron deyib ki, o, peyvəndə məcbur etməyəcək, lakin ictimai həyata çıxışlarını mümkün qədər məhdudlaşdırmaqla” insanları peyvənd etməyə sövq etməyə ümid edir.

“Mən peyvənd olunmamış insanları həbsxanaya göndərməyəcəyəm. Onlara deməliyik: “Yanvarın 15-dən artıq restorana gedə bilməyəcəksiniz. Artıq kofeyə gedə bilməzsən, teatra da gedə bilməzsən. Artıq kinoya gedə bilməyəcəksiniz", - deyə Fransa prezidenti əlavə edib.

Makron fransızları hədələdi: "Gününüzü qara edəcəm"