Mahnılarını Rusiya və Belarusiyadan silirlər

Mahnılarını Rusiya və Belarusiyadan silirlər

Mahnılarını Rusiya və Belarusiyadan silirlər

"Pink Floyd" qrupunun 1987-ci ildən bəri buraxılan bütün musiqiləri Rusiya və Belarusiyanın rəqəmsal platformalarından silinir.

Polemika.az xəbər verir ki, bu barədə qrupun və keçmiş üzvlərindən biri, britaniyalı musiqiçi David Qilmorun tviter hesabında qeyd olunub.

"Rusiyanın Ukraynaya təcavüzünü kəskin şəkildə pisləməkdə dünyanın yanında yer almaq üçün "Pink Floyd"un 1987-ci ildən etibarən təqdim olunan musiqiləri və David Qilmorun bütün solo yazıları bu gündən etibarən Rusiya və Belarusiyadakı bütün rəqəmsal musiqi provayderlərindən silinir" - deyə, paylaşımda yazılıb.

Qeyd edək ki, bundan əvvəl ukraynalı müğənni Maks Barskix də mahnılarının hər hansı formada Rusiya ərazisində istifadəsini qadağan edib. /Axsam.az

Mahnılarını Rusiya və Belarusiyadan silirlər