Mahirin transferi "Dinamo"ya 1 milyon avroya başa gəlib

Mahirin transferi "Dinamo"ya 1 milyon avroya başa gəlib

Mahirin transferi "Dinamo"ya 1 milyon avroya başa gəlib

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin “Legiya”dan "Dinamo"ya (Zaqreb, Xorvatiya) transferinin qiyməti məlum olub.

Polemika.az xəbər verir ki, bu barədə Polşa mətbuatı açıqlama yayıb. Bildirilib ki, 25 yaşlı hücumçunun keçidi "Dinamo"ya 1 milyon avroya başa gəlib. 

"Legiya" 2021-ci ildə heyətinə qatdığı Lirim Kastrati üçün "Dinamo"ya borclu olub. Varşava təmsilçisi həmin ödənişin edilməməsi qarşılığında azərbaycanlı futbolçu ilə sözləşməyə xitam verib. 

Qeyd edək ki, Mahir ötən ilin yayından “Legiya"da oynayırdı. 

Mahirin transferi "Dinamo"ya 1 milyon avroya başa gəlib