Mahirin komandası derbi oyununa çıxır
Mahirin komandası derbi oyununa çıxır
Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında növbəti oyununa çıxacaq.
Polemika.az xəbər verir ki, paytaxt təmsilçisi 24-cü turda Zaqrebin digər klubu "Lokomotiv"lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:05-də başlayacaq.
Qeyd edək ki, "Dinamo" 49 xalla liderdir, "Lokomotiv" isə 28 xalla 6-cı pillədədir.