"Keşlə" "Qaradağ Lökbatan"a, "Kəpəz" "Sabah"a qarşı

"Keşlə" "Qaradağ Lökbatan"a, "Kəpəz" "Sabah"a qarşı

"Keşlə" "Qaradağ Lökbatan"a, "Kəpəz" "Sabah"a qarşı

Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq. 

Polemika.az xəbər verir ki, ikinci oyun günündə 2 görüş keçiriləcək.

İlk oyunda "Keşlə" evdə "Qaradağ Lökbatan"ı qəbul edəcək. Digər görüşdə isə "Kəpəz" "Sabah"ın qonağı olacaq. 

Qeyd edək ki, bu mərhələdə 1 oyundan ibarətdir və qaləbə qazanan komandalar 1/4 finala yüksəlirlər. 

Xatırladaq ki, ötən gün oynanılan qarşılaşmalarda "Qəbələ" və "Səbail" 1/4 finala adlayıb. 

11 dekabr (şənbə)

 

15:00. “Keşlə” – “Qaradağ Lökbatan”

Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Elçin Məsiyev

ASK Arena

18:00. “Sabah” – “Kəpəz”

Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamranbəy Rəhimov

Bank Respublika Arena

10 dekabr

MOİK – “Qəbələ” - 1:2

“Zaqatala” – “Səbail” - 1:3

 

1/4 final cütlükləri

2 fevral

"Zirə" - "Səbail"

"Sumqayıt"  - "Qəbələ".

"Keşlə" "Qaradağ Lökbatan"a, "Kəpəz" "Sabah"a qarşı