Mahir Emreli Xorvatiya çempionatında debüt etdi, komandası qalib gəldi

Mahir Emreli Xorvatiya çempionatında debüt etdi, komandası qalib gəldi

Mahir Emreli Xorvatiya çempionatında debüt etdi, komandası qalib gəldi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun heyətində Xorvatiya I liqasında debüt edib.

Polemika.az xəbər verir ki, 25 yaşlı hücumçu doğma meydanda "Şibenik"ə qarşı keçirilən matçda ilk dəfə start heyətində meydana çıxıb. O, 60-cı dəqiqədə Komnen Andriçlə əvəzlənib. Emreli birinci hissədə "Dinamo"da ilk qolunu vurmağa yaxın olsa da, qüvvətli zərbəsindən sonra top qapı tirinə tuş gəlib.

Qeyd edək ki, matç "Dinamo"nun 3:0 hesablı qələbəsilə başa çatıb.

Qeyd edək ki, Mahir Emreli qış fasiləsində "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.

Mahir Emreli Xorvatiya çempionatında debüt etdi, komandası qalib gəldi