Mahir "Dinamo"nun heyətində bu tarixdə meydana çıxacaq

Mahir "Dinamo"nun heyətində bu tarixdə meydana çıxacaq

Mahir "Dinamo"nun heyətində bu tarixdə meydana çıxacaq

Millimizin futbolçusu Mahir Emreli şənbə günü "Dinamo"da (Zaqreb) debüt edə bilər.

Polemika.az xəbər verir ki, Xorvatiya mətbuatı 24 yaşlı hücumçunun adının Xorvatiya çempionatının 23-cü turunda "Qoritsa" ilə matçın iştirak ərizəsində yer alacağını yazıb. Bildirilib ki, "İstra" ilə görüşdə komandanın hücumçusu Bruno Petkoviç 4-cü xəbərdarlıq alaraq cəzalı duruma düşdüyü üçün növbəti turda meydana Emreli çıxacaq.

Həmçinin Zaqreb təmsilçisinin 15 gün ərzində 5 vacib oyuna ("Qoritsa", "Lokomotiv" "Osiyek"lə ölkə çempionatı, "Sevilya" ilə Avropa Liqası matçları) çıxacağı xatırladılıb. Sıx qrafik səbəbindən baş məşqçi  Jelko Kopiçin rotasiyaya əl atacağı vurğulanıb.

Qeyd edək ki, fevralın 12-i keçiriləcək "Dinamo" - "Qoritsa" görüşü Bakı vaxtı ilə saat 20:05-də başlayacaq. 

Mahir "Dinamo"nun heyətində bu tarixdə meydana çıxacaq