"Mahir "Dinamo"da da "Legiyadakı kimi oynasa..." - Futbolçumuzun şansını dəyərləndirdilər

"Mahir "Dinamo"da da "Legiyadakı kimi oynasa..." - Futbolçumuzun şansını dəyərləndirdilər

"Mahir "Dinamo"da da "Legiyadakı kimi oynasa..." - Futbolçumuzun şansını dəyərləndirdilər

Millimizin üzvü Mahir Emreli bir müddət öncə Zaqreb "Dinamo"suna transfer edildi. Mahir “Dinamo"da uğur qazana biləcəkmi?

“Legiya”da yaşadığı uğursuzluqlar burada da davam edə bilərmi?

Tanınmış idman jurnalisti Natiq Muxtarlı Polemika.az-a açıqlamasında Zaqreb "Dinamo"sunun "Legiya"dan daha prespektivli komanda olduğunu bildirib.

"Avropa klubları baxımından Xorvatiya "Dinamo"su Polşa "Legiya"sından daha prespektivli komandadır. Avropada oynayan Xorvatiyalı oyunçuların əksəriyyəti "Dinamo" məktəbindən çıxır və ya "Dinamo"nun vasitəçiliyi ilə Avropaya transfer olunurlar. "Dinamo" hər zaman Avropa skautların diqqət mərkəzindədir. Mahirin "Dinamo"ya keçidi böyük üstünlükdür. Lakin nəzərə almaq lazımdır ki, Xorvatiyada Mahir kimi oyunçular həddən artıq çoxdur. Əgər Mahirin "Dinamo"da futbola yanaşması "Legiya"dakı kimi olsa, Mahir heç nəyə nail ola bilməyəcək.

Eyni zamanda "Dinamo"da təzyiq "Legiya"dan daha artıq olacaq. Niyə?

Çünki "Dinamo" azarkeşləri "Legiya"azarkeşlərinin Mahirlə yaşadığı problem haqqında məlumatlıdırlar. Çox həssas fanatlardır. Mahir ilk oyunlarda qol vura bilməsə fanatların  Mahirə qarşı münasibəti dəyişəcək, tənqidlər başlayacaq. Emreli tənqidlərdən sınacaq, iradəsi zəif olacaqsa futbolçu kimi bitəcək. Lakin ilk oyunlardan özünü göstərə bilsə, fanatların sevgisini qazana bilsə, artıq inkşaf mərhələsi başlaya bilər. Sözsüz ki, fanatlar bu problemdən xəbərdar olduqları üçün ilk andan Mahiri isti qarşılamayacaqlar çünki "Legiya" da olan hadisənin Xorvatiyada da baş verəcəyindən ehtiyat edəcəklər.

Bütün hallarda hər şey Mahirin öz əlindədir. Ətrafının təzyiqlərindən qorunmalı və azarkeşlərin psixoloji basqısını dəf edib nəyəsə nail olmalıdır. Əks halda iradəsi zəif olacaqsa, yenə də öz bildiyini edəcəksə, klubda heç nəyə nail olmadan özünü hamıdan yüksəkdə tutub, öz maraqlarını güdəcəksə, düşünürəm ki, bundan sonra Mahir üçün hər hansı prespektiv olmayacaq. Mahir "Legiya"da baş verənlərdən özü üçün nəticə çıxarıb yalnız peşəkar kariyera haqqında düşünməlidir.

"Dinamo"dan Avropanın digər klublarına keçmək üçün əla fürsət var. Bu fürsətdən yararlanmaq Emrelinin özündən asılıdır. Azərbaycan idman mətbuatı, futbol azarkeşləri Mahirdən heç nə istəmir. Xalqın bir istəyi var. Mahir Avropanın adlı-sanlı klubunda yaxşı çıxış etsin, xalq da sevinsin. Pis birşey istəyirik?

Əgər bu istəyimiz onun xoşuna gəlmirsə istəmərik. Nə olur-olsun hər şey Mahirin öz əlindədir".

İdman jurnalisti Amal Abuşov Mahir Emrelinin "Dinamo"da uğur qazana biləcəyini düşünür:

"Mahirin istedadı heç kimdə şübhə doğurmur. Onun israrla legioner həyatını davam etdirməsi müsbət bir amildir. Bildiyiniz kimi Mahir "Qarabağ"la, milli komanda ilə uzun bir yol keçib. Beynəlxalq oyunlarda yetərincə təcrübə qazanıb. Həmin təcrübə də ona "Legiya"nın avrokubok oyunlarında yardımçı oldu. Heç şübhə etmirəm ki, Mahir uğurlu olacaq. "Legiya" ilə hər şey yaxşı başlamışdı, təəssüflər olsun ki, həmin uğurun davamı həm obyektiv, həm də subyektiv səbəblərdən gəlmədi.

Həyatda heç nəyə 100% təminat vermək olmur.  Xüsusəndə futbolda. Ümid edək ki, Mahirin "Legiya"dan ayrılmasının iki səbəbi oldu.

Həm nəticələr pisləşdi, həm də azarkeşlərin davranışı Mahiri razı salmadı. Beləliklə aradakı bağlar qopdu. Ümid edirəm ki,"Dinamo"nun azarkeşləri "Legiya"nın azarkeşlərindan daha soyuqqanlı, daha obyektiv olacaqlar. Uğursuzluq halında belə günah bir futbolçunun üzərinə atılmayacaq.

Qeyd edim ki, "Dinamo"nun işi "Legiya"dan daha rahatdır. Xorvatiya çempionatında Zaqreb "Dinamo"su özünə rəqib tanımır. Nisbətən rahat çıxış edən komandadır. Sözsüz ki, rəqabət "Legiya"da daha çoxdur.

Mahirin əsas heyətdə özünə yer tapması çətin olacaq. Qış fasiləsində də təlim məşq toplanışına qatılmayıb.

Məşqçi tərəfindən ona müəyyən şanslar veriləcək. Həmin şanslardan maksimum istifadə olunmalıdır. Özünü ən yaxşı tərəfdən göstərməlidir, ona güvənənləri peşman etməməlidir. Sonra isə bu şanslar daha da artacaq, şans artdıqca sözsüz ki, o özünü daha yaxşı göstərə biləcək. Ümid edək ki, Mahir bizim fəxrimizə çevriləcək".

Qeyd edə ki, Mahir Emreli yeni klubunda ilk dəfə fevralın 12-i keçiriləcək "Dinamo" - "Qoritsa" görüşündə meydana çıxa bilər.

Mehri QURBAN

"Mahir "Dinamo"da da "Legiyadakı kimi oynasa..." - Futbolçumuzun şansını dəyərləndirdilər