Lənkəran sakininin avtomobilindən silah tapıldı - Foto

Lənkəran sakininin avtomobilindən silah tapıldı

Lənkəran sakininin avtomobilindən silah tapıldı - Foto

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şilavar kənd sakini, əvvəllər məhkum olunmuş Əhməd Hüseynov idarə etdiyi "Vaz 2121" markalı avtomobillə saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Polemika.az-a verilən məlumata görə, ŞRPŞ-də həmin avtomobilə keçirilən baxış zamanı ön oturacağın alt hissəsindən lüləsi və qundağı kəsilmiş "abrez" tipli nömrəsi silinmiş ov tüfəngi və həmin silaha aid 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Lənkəran sakininin avtomobilindən silah tapıldı - Foto