Lavrov erməni həmkarı ilə danışdı

Lavrov erməni həmkarı ilə danışdı

Lavrov erməni həmkarı ilə danışdı

Rusiya xarici işlər nazirləri Sergey Lavrov ilə ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Polemika.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd olunub ki, nazirlər Ermənistanla Azərbaycan sərhədində gərginliyə son qoymaq, Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi əlaqələri açmaq, regional əməkdaşlıq üçün əlverişli şərait yaratmaq məsələlərinə dair yekdil mövqeyə gəliblər.

Həmçinin Ermənistanla Azərbaycan arasında sərhəd insidentlərinin siyasi-diplomatik yolla həlli istiqamətində səyləri davam etdirməyin vacibliyi vurğulanıb./Modern.az

Lavrov erməni həmkarı ilə danışdı