Kürəkən qayınananın qızıllarını oğurladı, gəlin isə qayınatanın... - "Qohum"laşan cinayətlər

Kürəkən qayınananın qızıllarını oğurladı, gəlin isə qayınatanın...

Kürəkən qayınananın qızıllarını oğurladı, gəlin isə qayınatanın... - "Qohum"laşan cinayətlər

“Oğurluq gizli formada törədilən cinayətdir. Həmin cinayəti törədən şəxs istəmir ki, oğurluğu bilinsin. Buna görə də, oğrular müxtəlif forma və üsullara əl atırlar. Ən asan üsul qohum evindən oğurluq etməkdir”.

Bunu Polemika.az-a açıqlamasında vəkil Kamran Tağıyev bildirib.

O, kriminal xəbərlərdə tez-tez rast gəlinən cinayətkarların doğmalarının evini qarət etməsi hallarını şərh edib. 

Statistikaya görə, hər 10 cinayət halından 4-də bu tip oğurluğa rast gəlinir. Oğurlanan isə əsasən yad gözdən gizlədilən nağd pul və qızıl zinət əşyaları olur. Həm paytaxtda, həm də bölgələrdə yaxın qohumun evi qarət etməsi artıq təəccüb doğurmur.

İnsanların öz doğmalarının evini hədəf seçməsinin səbəbi nədir?

Onlar qohum evini yaxından tanıdıqlarına görəmi ora üz tuturlar?

Vəkil bu mövzuda danışarkən bildirib:

“Qohum evindən oğurluq edənlərə peşəkar oğru deyə bilərik. Cinayət yoluna yeni düşənlər məhz öz qohumlarını hədəf seçirlər. İlk səbəb ehtiyacdır. İkincisi, qohum evinə rahatlıqla girə bilirlər. Eyni zamanda, düşünürlər ki, onlardan kimsə şübhələnməz. Üstəlik, qohumun evində pulun, qızılın harda olduğunu da yaxşı bilirlər”.

Psixoloq Tariyel Faziloğlu mövzunun psixoloji izahını təqdim edib:

“Son zamanlar yalnız qohum evində oğurluq deyil, həm də qohumlararası davaların, münaqişələrin sayı artıb. Bu problemin kökündə duran əsas səbəb insanların mənəvi bağlarının deqradasiyaya uğramasıdır. İnsanlar öz aralarında “qohumluq əlaqələri” deyilən məfhuma son qoyublar. Keçmişdə “geniş ailə” modelində yaşayırdıq, lakin 2000-cu illərdən “modern ailə” üslubuna keçmişik və bu da bütün mənəvi bağların qırılmasına səbəb olub.

Hətta o dərəcəyə çatmışıq ki, övlad böyüyür, öz ailəsini qurur və doğma ailəsi ilə olan bağları qoparır. Mənəvi bağların bu dərəcə də deqradasiyaya uğraması insanların bir-birilərinə münasibətdə seçim, fərq qoymasını zəif ehtimala çevirir.

Buna görə də, qohum evlərində oğurluq halları qohumlar arasında münaqişələrin artması, sırf qohumluq əlaqələrinə görə deyil, insanlararası münasibətlər fonunda müzakirə olunmalıdır.

Oğurluq edənlər qohumlar haqqında daha çox məlumatlı olduqları üçün ən asan hədəf olaraq onları seçir. Qohum onlar üçün sadəcə hədəf olur və cinayəti törədərkən hədəfə qohum olaraq baxmır”.

Psixoloq yaxın qohumlar arasında arada-bərədə rast gəlinən insest hallarına da toxunub:

“Ailəli olan qadın başqa bir qohumuna qoşulub qaçır, yaxud bir ki.i qohumu olan qad;na təcavüz edir, - hər gün bu cür xəbərləri eşidirik. Bu mənfi halların yeganə və ən böyük səbəb ailə modelinin dəyişməsi və qohumluq əlaqələrinin deqradasiyaya uğramasıdır”.

Mehri QURBAN

Kürəkən qayınananın qızıllarını oğurladı, gəlin isə qayınatanın... - "Qohum"laşan cinayətlər