Kürdəmirdə narkoman sürücüyə 5 sutka həbs

Kürdəmirdə narkoman sürücüyə 5 sutka həbs

Kürdəmirdə narkoman sürücüyə 5 sutka həbs

Kürdəmirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün “saxla” işarəsi verilib. Bu zaman sürücü H.Süleymanovun hərəkətləri şübhə doğurduğundan o polis şöbəsinə gətirilib və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitədən istifadə etdiyi məlum olub. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub və baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Kürdəmir rayon məhkəməsinin qərarı ilə H.Süleymanov 5 sutka inzibati qaydada həbs edilib.

Kürdəmirdə narkoman sürücüyə 5 sutka həbs