Küçədə yaşamağa məcbur olan 62 yaşlı kişi sığınacağa yerləşdirildi - Foto

Küçədə yaşamağa məcbur olan 62 yaşlı kişi sığınacağa yerləşdirildi - Foto

Küçədə yaşamağa məcbur olan 62 yaşlı kişi sığınacağa yerləşdirildi - Foto

Bir neçə gün öncə küçədə yaşamağa məcbur olan Ağayev Rüstəm adlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəzarətə götürülüb.  

Polemika.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, 62 yaşlı Ağayev Rüstəm evindən qovulduqdan sonra üç il küçələrdə yaşamağa məcbur olub.

Məlumat paylaşıldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən məsələ nəzarətə götürülüb.

Rüstəm Ağayev sığınacağa yerləşdirildikdən beş gün sonra çəkilən fotolarını təqdim edirik:

/Oxu.az

Küçədə yaşamağa məcbur olan 62 yaşlı kişi sığınacağa yerləşdirildi - Foto