KTMT kontingenti Qazaxıstanda həmişəlik qalsın - Dumada TƏKLİF

KTMT kontingenti Qazaxıstanda həmişəlik qalsın

KTMT kontingenti Qazaxıstanda həmişəlik qalsın - Dumada TƏKLİF

“Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının həmsədri Sergey Mironov Qazaxıstanda KTMT sülhməramlı kontingentinin daimi əsasda fəaliyyət göstərməsini təklif edib.

“KTMT qüvvələri Qazaxıstanda ekstremizmə qarşı mübarizə sisteminin, o cümlədən rusdilli əhalinin müdafiəsi sisteminin formalaşdırılması üçün əsas ola bilər. Təklif edirəm ki, KTMT hərbçilərinin respublikada daimi qalması məsələsinə baxılsın. Bu, gələcək illər üçün sülh və əmin-amanlığın təminatıdır”, - deyə Mironov bəyan edib.

Qeyd edək ki, yanvarın 5-də Qazaxıstanda baş verən iğtişaşlar fonunda ölkə prezidenti Kasım-Jomart Tokayev KTMT dövlət başçılarına müraciət edərək, Qazaxıstana “terror təhlükəsini” aradan qaldırmaqda köməklik göstərməyi xahiş edib./Oxu.az

KTMT kontingenti Qazaxıstanda həmişəlik qalsın - Dumada TƏKLİF