Koronavirus xəstəsi mobil telefon mağazasında tapıldı

Koronavirus xəstəsi mobil telefon mağazasında tapıldı

Koronavirus xəstəsi mobil telefon mağazasında tapıldı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Polemika.az-a verilən məlumata görə, Lənkəran şəhər sakini Z.Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Həmin şəxs karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və şəhər ərazisində mobil telefon mağazalarından birində aşkalanıb.

Z.Məmmədov tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Koronavirus xəstəsi mobil telefon mağazasında tapıldı