Xələf Xələfov Moskva görüşünün detallarını açıqladı

Xələf Xələfov Moskva görüşünün detallarını açıqladı

Xələf Xələfov Moskva görüşünün detallarını açıqladı

Moskvada “3+3” regional məsləhətləşmələr mexanizminin Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təsis iclasında növbəti müzakirələrin ən azı ildə iki dəfə olmaqla, rotasiya əsasında hər dəfə bir iştirakçı ölkədə keçirilməsi qərara alınıb.

Polemika.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Moskva şəhərində keçirilmiş “3+3” fomatında görüşlə bağlı deyib.

Nazir müavini bildirib ki, məsləhətləşmələr mexanizminin fəaliyyətinin inkişafından asılı olaraq, daha yüksək səviyyədə görüş və müzakirələr təşkil oluna bilər.

"Mexanizmin fəaliyyəti konsensus prinsipi əsasında aparılacaq. Görüşlərdə ümumi regional məsələlər və tərəflər üçün qarşılıqlı maraq doğuran və regional sabitliyə və rifaha töhfə verən təşəbbüs və layihələr müzakirə edilə bilər. Növbəti görüşün keçirilməsi diplomatik kanallar vasitəsi ilə razılaşdırılacaq".

Qeyd edilir ki, bugünkü iclasda regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafına yönəlik fikir mübadiləsi aparılıb.

Həmçinin Gürcüstanın gələcəkdə bu formata qoşulması bütün iştirakçılar tərəfindən təqdir edilib. Həyata keçirilən müzakirələrin nəticələri barədə Gürcüstan tərəfi də məlumatlandırılacaq.

Xələf Xələfov Moskva görüşünün detallarını açıqladı