Koronavirus xəstəsi bazarda tapıldı

Koronavirus xəstəsi bazarda tapıldı

Koronavirus xəstəsi bazarda tapıldı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.

Polemika.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Masallı rayon sakini Ə.Ağayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və Ə.Ağayev Köhnə Bazar adlanan ərazidə aşkarlanıb. O, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Ə.Ağayevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Koronavirus xəstəsi bazarda tapıldı