Komitə sədri İmişlidə zorakılığa məruz qalan 11 yaşlı qızdan danışdı

Komitə sədri İmişlidə zorakılığa məruz qalan 11 yaşlı qızdan danışdı

Komitə sədri İmişlidə zorakılığa məruz qalan 11 yaşlı qızdan danışdı

"İmişlidə 11 yaşlı qızın zorakılığa məruz qalması ilə bağlı araşdırmalar davam etdirilir".

Polemika.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, həmin qız hazırda psixoloji reabilitasiya dövrü keçir: "Qismən təhsilə cəlb edilib. Reabilitasiya dövrü başa çatdıqdan sonra onun təhsilini harada davam etdirəcəyi ilə bağlı qərar veriləcək".

Qeyd edək ki, İmişlidə 11 yaşlı qız ögey atası tərəfindən təcavüzə məruz qalaraq hamilə qalmışdı.

Komitə sədri İmişlidə zorakılığa məruz qalan 11 yaşlı qızdan danışdı