"Kişinin qısqanmağı halal, qadında isə haramdır" - Xuraman Şuşalı

"Kişinin qısqanmağı halal, qadında isə haramdır" - Xuraman Şuşalı

"Kişinin qısqanmağı halal, qadında isə haramdır" - Xuraman Şuşalı

"Bizim ailə həyatımız dostluqdan başlayıb. Ona görə də biz bir-birimizə güzəştə gedirik. O məni çox anlayır. Əlbəttə, ailədə daha çox kişinin sözü üstün olmalıdır. Çünki kişinin hakimiyyətini də tapdalamaq olmaz. Artıq o ailədən ailə olmaz".

Polemika.az Metbuat.az-a istinadla xəbər verir ki, bu fikirləri müğənni Xuraman Şuşalı “MTV xəbər”ə müsahibəsində deyib.

Sənətçinin fikrinə görə, ailədə yaranan boşluqda çox zaman elə xanımlar günahkardır.

"Qadın var ki, deyir, ərim 40 yaşa kimi qısqandı, sonra yox. Belə hallar da var. Ya qadın qocaldı deyə qısqanmır, ya da başı başqasına qarışır. Mənim ərimdə qısqanclıq yoxdur. Büruzə də vermir. Arada deyirəm kii, bu məni niyə qısqanmır? Çünki arxayındır. Amma mən çox qısqancam, görürəm ki, özümə ziyan verirəm. Deyir, kişinin qısqanmağı halal, qadında isə haramdır. Qadın qısqansa təkəbbür, kişidə isə qeyrətdən irəli gəlir".

Heç bir kişinin ideal olmadığını bəyan edən ifaçı, xanımlara irad və məsləhətini də gizlətməyib:

"Mən araşdırma etməyi sevirəm, zamanım olanda da psixoloq yanına gedirəm. Gərək axtarmayasan, axtarsan tapacaqsan. Ona görə özünüzü sevin, özünüzə qiymət verin. Qarşı tərəfə də sevginizi elə miqdarda verin ki, nə o sizdən bezməsin. Nə də ki arxayın düşməsin. Özünüzü, bir çiçək, sevdalı, baxımlı bilin. Ailədə pərdəni aradan götürməyin.

Kişi də qadını o qədər sevməlidir ki, qadın ondan arxayın olmalıdır. İdeal insan yoxdur, axtarmayın. Ərinizə də ideal kimi baxanda çox pis əziyyət çəkəcəksiniz. Qadınlar, kişilərin telefonunu axtarmayın. Gələr qrupa şəkil düşər, evdə qırğın düşər. Elə idarə edin ki, nə şiş yansın, nə kabab".

"Kişinin qısqanmağı halal, qadında isə haramdır" - Xuraman Şuşalı