Azərbaycanlı deputatların Ermənistana getməsi təsdiqləndi

Azərbaycanlı deputatların Ermənistana getməsi təsdiqləndi

Azərbaycanlı deputatların Ermənistana getməsi təsdiqləndi

“Avronest Parlament Assambleyasının Büro komitələri fevralın 21-22-də İrəvanda iclas keçirəcək”.

Polemika.az “Armenpress”ə istinadla xəbər verir ki, Ermənistan Milli Məclisinin məlumatına görə, iclaslar Şərq Tərəfdaşlığı ölkələrinin parlamentlərinin və Avropa Parlamentinin deputatları iştirak edəcək. Avropa Parlamenti, eləcə də, Azərbaycan, Ukrayna və Gürcüstan parlamentlərinin deputatları da İrəvana səfər etməyi planlaşdırır.

Qeyd edək ki, fevralın 22-də İrəvanda Karen Dəmirçyan adına İdman və Konsert Kompleksində Avronest-in Siyasi Məsələlər, İnsan Haqları, Demokratiya, Enerji Təhlükəsizliyi, İqtisadi İnteqrasiya, Hüquqi Yaxınlaşdırma, Aİ Siyasəti, Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsinin iclasları keçiriləcək.

Daimi komissiyaların iclasları onlayn yayımlanacaq.

Azərbaycanlı deputatların Ermənistana getməsi təsdiqləndi