"Kişiləşən qadınlar": Onlar niyə atalarının qızı olmaq istəmirlər?

"Kişiləşən qadınlar": Onlar niyə atalarının qızı olmaq istəmirlər?

"Kişiləşən qadınlar": Onlar niyə atalarının qızı olmaq istəmirlər?

Qadınlar arasında "oğlu" sonluqlu kişi soyadı daşıyanların sayı artmaqdadır. Bu “trend”ə qoşulanlar arasında tanınmış ictimai xadimlər, siyasi partiya üzvləri də var.

Buna səbəb nədir, qadınlarımız niyə “qızı” sözünü “oğlu” ilə əvəz edirlər?

Mövzu ilə bağlı Polemika.az-a danışan professor Qulu Məhərrəmli bu tendesiyanı müsbət sayır:

“Bu işdə qadın hüququnu pozan, ümumiyyətlə, qadın adına nəsə aşağılıq gətirən heç nə yoxdur. O cür yanaşmaları doğru hesab etmirəm. Bu soyaddır, ola bilər. Türkiyədə də belədir. Buna normal yanaşıram”.

Onun sözlərinə görə, "-ov", "-ova", "-yev, -yeva"dan rus sonluğu olduğu üçün onlardan tam imtina edilməlidir:

“Əsas odur ki, rus sonluqlarından xilas olaq. Bilək ki, soyadın sonluğu millidir. Bu milli kodlaşdırmanın elementlərdən biridir və onun yayılmasına normal baxmalıyıq. Məncə, insanlar bu məsələyə çox dözümlü və soyuqqanlı yanaşmalıdır”.

Əsmətxanım

"Kişiləşən qadınlar": Onlar niyə atalarının qızı olmaq istəmirlər?