Keçmiş həyat yoldaşını dəliyə döndərən səbəb:

Keçmiş həyat yoldaşını dəliyə döndərən səbəb:

Keçmiş həyat yoldaşını dəliyə döndərən səbəb:

Azərbaycanda ailə münaqişəsi zəminində növbəti faciə baş verib. Ağcəbədi rayon sakini İlhamiz Cəfərov şəxsi münasibətlər zəminində Aynurə Cəfərova və onun atası Azim Hüseynov bıçaqla ağır xəsarətlər yetirib.

Anoloji hallar əvvəllər də olub və onların təkrarlanmayacağına zəmanət yoxdur. Buna səbəb nədir? Kişilər rəsmi qaydada ayrıldıqları qadınlardan və niyə əl çəkmir? Qadınlar güclü cinsi qıcıqlandırır, yoxsa kişilərin cinayətə əl atmasın onların psixoloji qüsurlarından irəli gəlir?

Mövzu ilə bağlı Polemika.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, təkcə Azərbaycanda deyil, bütün ölkələrdə hər il boşananların sayı getdikcə çoxalır.

“Ancaq boşanma mədəniyyəti deyilən bir mədəniyyət Azərbaycanda hələ formalaşmayıb. İnsan dərk etməlidir ki, ər və arvad olaraq ayrılırıq, amma övladlar üçün ata və ana olaraq ayrılmırıq.

Təəssüf ki, övladla düzgün davranış qaydası yoxdur, boşanma zamanı uşağı hərə öz tərəfinə çəkir. Qəribə odur ki, bir pasientim mənə yaxınlaşaraq övladının onu seçməsi üçün yola gətirməyimi istədi. Özünü müdafiə edərək, deyirdi ki, uşağın 11 yaşı var və artıq seçim hüququna malikdir.

Bəzən  belə münaqişlər içində yaşamaqdansa, ayrılmaq daha məntiqlidir”, - deyə psixoloq qeyd edib.

O əlavə edib:

“Boşanma bir çıxış yolu ola bilər, ancaq bunun da bir mədəniyyəti var. Təəssüf ki, bunu dərk edən insan çox azdır. Boşanırlar, kişi gedir istədiyi həyatı yaşayır,və ya evlənir, yeni  uşaqları olur. Ancaq şüuraltıda sanki əvvəlki arvadı ilə hələ də evli olaraq qalması düşüncəsi var.

Azərbaycanda “keçmiş həyat yoldaşı” ifadəsi sanki leksionda yoxdur. Kişilərin çoxu düşünür ki, mən ailə həyatı qura bilərəm, istədiyimi edə bilərəm, ancaq qadın bunu edə bilməz. Keçmiş xanımının kimləsə münasibətini öyrənib dəliyə dönür, nəticəsi də cinayət olur”.

Təbii ki, istisnalar var. Bəzi qadınlar keçmiş ərinin acığına elə addımlar atır ki, nəticəni özləri doğurur”.

Ayzel

Keçmiş həyat yoldaşını dəliyə döndərən səbəb: