Keçmiş Baş nazir Tokayevə ağıl verdi: "Məgər xalq sənin düşmənindir?!"

Keçmiş Baş nazir Tokayevə ağıl verdi: "Məgər xalq sənin düşmənindir?!"

Keçmiş Baş nazir Tokayevə ağıl verdi: "Məgər xalq sənin düşmənindir?!"

"Ölkədəki etirazlar tamamilə proqnozlaşdırıla bilən idi və ictimai narazılıq uzun müddət toplanmışdı".

Polemika.az xəbər verir ki, bunu Qazaxıstanın keçmiş baş naziri Akejan Kajegeldin “Present Time” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkədə korrupsiya və yoxsulluq böyüyüb, kasıb xalqın gözü qarşısında kiçik bir qrupun dəbdəbəsi də.

“Əslində, hər şey, o cümlədən ərzaq məhsulları bahalaşıb. Bu, hökumətin tam səriştəsizliyi, düşünülməmiş, axmaq addımı idi. Neft hasil olunan bir ölkədə, xüsusən də, neft və qaz hasil olunan regionda birdən-birə belə qiymət sıçrayışı sadəcə bəhanədir, narazılıq sistemə görə yığılıb, incikliklərə görə üst-üstə toplanıb. Paytaxtda çoxuşaqlı anaların kiçik bir qrupunu döyüb həbs etmək, həmkarlar ittifaqı nümayəndələrini cəzalandırmaq, həbs etmək və öldürmək olardı, amma fəhlə sinfinin böyük bir kütləsi, gənc oğlanlar meydana girəndə, artıq razılığa gəlmək məcburiyyəti yaranır".

Kajegeldin sərt tədbirlərin yalnız düşmənə qarşı tətbiq oluna biləcəyini vurğulayıb.

“Düşünmürəm ki, özünü seçilmiş prezident adlandıran bir prezidentin öz vətəndaşları ona düşməndir".

Keçmiş Baş nazir Tokayevə ağıl verdi: "Məgər xalq sənin düşmənindir?!"